11:09 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Ukrayna və Slovakiya Ukrayna qaz anbarlarından istifadə edərək Şərqi Avropa Enerji Mərkəzinin yaradılması barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
"Qaz anbarlarımızdan istifadə etməyi hədəfləyən Şərqi Avropa Enerji Mərkəzinin yaradılması barədə razılığa gəldik", - deyə Şmiqal Slovakiyanın baş naziri Robert Fitzo ilə görüşün yekunlarına dair brifinqdə bəyan edib.
17 Avqust 2026
15 Avqust 2026