SOCAR “Qazpromneft” ilə müzakirələr aparır

16:06 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazpromneft” ASC qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib. 

Qeyd edilib ki, SOCAR prezidenti Rövşən Nəcəf ilə “Qazpromneft”in İdarə Heyətinin sədri Aleksandr Dyukov arasında görüş keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.