Daha bir ölkə BRICS-ə qoşulmaq istəyir

11:56 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Burkina-Fasonun Baş naziri Appoliner Kielem de Tambela bildirib ki, ölkə BRİKS-ə qoşulmaq istəyir.

ABC.AZ xəbər verir ki, baş nazir, ölkənin "dollar və avronun hökmranlığı ilə mübarizəyə" qoşulmaq və "daha ədalətli beynəlxalq ticarət" əldə etmək istədiyini vurğulayıb.

2023-cü ilin avqust ayının sonunda Cənubi Afrikada BRICS-in 15-ci sammiti keçirilmişdi, o zaman blok Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı ehtiva edirdi. Sammitdən sonra təşkilata daha altı ölkə - Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ dəvət olunub. Argentinadan başqa hamısı 2024-cü ilin əvvəlində BRICS-ə üzvü oldu.

Nəticədə BRICS dünya ÜDM-nin üçdə birindən çoxunu və dünya əhalisinin 45 faizini təşkil edən ölkələri birləşdirdi. Sentyabrın əvvəlində KİV Türkiyənin bloka daxil olmaq üçün rəsmi açıqlama vermədən müraciət etdiyini bildirdi. Ankaranın müraciətinə 2024-cü ilin oktyabrında Rusiyada keçiriləcək sammitdə baxılacağı gözlənilir.