14:29 - 9.09.2024
9 sentyabr, Fineko/abc.az. Rumıniya "yaşıl enerji" dəhlizinin inkişafı məqsədilə Azərbaycan, Gürcüstan və Macarıstanla sıx əməkdaşlıq edir.
ABC.AZ xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduca məlumat verib.
"Əsasən Qara dənizin dibi boyunca" yaşıl " enerjinin ölkələrimiz arasında maneəsiz hərəkət etməsinə və bununla da enerji bazarlarımızı daha da birləşdirməsinə imkan verəcək sualtı kabeldən ibarətdir. Texniki-iqtisadi əsaslandırma inkişaf mərhələsindədir. Digər tərəfdən, regionlarımız arasında rabitə imkanlarının yaxşılaşdırılması hesabına AB-nin qaz bazarında Azərbaycanın rolunu artırmaq üçün də gözəl imkan var. Avropa üçün Azərbaycan qazına daha çox çıxış daxili tələbatın ödənilməsinə, qiymətlərin aşağı düşməsinə və neft-kimya kimi sahələrin inkişafına zəmanət verir. Amma daha da əhəmiyyətlisi, Azərbaycandan gələn qaz mənbələrin şaxələndirilməsi hesabına enerji təhlükəsizliyinin artırılması deməkdir", - deyə Burduca bildirib.
O, həmçinin qeyd edib ki, Rumıniya Azərbaycanla qarşılıqlı əlaqələri daha da gücləndirmək və Azərbaycan ilə Avropa arasında enerji sahəsində əməkdaşlığı təşviq etmək əzmindədir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026