Putin: İran çoxdan bizdən qaz istəyir və hesab edirəm ki, bu layihə həyata keçirilə bilər

11:29 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. "İran çoxdan bizdən qaz istəyir. Mən hesab edirəm ki, bu layihə mümkündür, çünki regionda qaz istehlakı bazarları olduqca böyükdür və İranla qonşu ölkələrin bu qaza böyük tələbatı var".

ABC.AZ xəbər verir ki, bu barədə Vladimir Putin cümə günü Vladivostokda IX Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Rusiya prezidentinin sözlərinə görə, "Qazprom" şirkəti qaz ixracının həcmini ("Şimal Axını" qaz kəmərinin partlamasından, sanksiyalardan və regional şərtlərlər sonra) həm yeni bazarlar, həm də Rusiya iqtisadiyyatının böyüməsi ilə əlaqədar daxili bazar hesabına ölkə iqtisadiyyatının böyüməsi məqsədlərinə qaytarıb.

"Qaz sahəsində müxtəlif imkanlar var. Biz müxtəlif bazarları inkişaf etdirəcəyik, svop üzərində işləyəcəyik, dediyim kimi, qazı mayeləşdirilmiş formada çatdıracağıq və satışları tədricən bərpa edəcəyik", - deyə Putin bildirib.