17:22 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Rusiya və Azərbaycan neft tankerləri qurmağa başlayacaqlar, Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlardan sonra bunu bildirib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın Birləşmiş gəmiqayırma şirkəti və Bakı gəmiqayırma zavodu "neft məhsullarının daşınması üçün müasir çay-dəniz dərəcəli tankerlərin" istehsalına başlayır.
Bu cür tankerlərin Azov-Qara dəniz və Xəzər marşrutlarında istifadəsi enerji resurslarının dünya bazarlarına çatdırılmasını xeyli artıracaq.