16:03 - 25.07.2024
25 iyul, Fineko/abc.az. Türkiyənin “ŞA-RA Enerji İnşaat Ticaret ve Sanayi A.Ş.” şirkəti Özbəkistanda ümumi uzunluğu 350 km olan elektrik xətlərinin tikintisini həyata keçirəcək.
ABC.AZ xəbər verir ki, layihə elektrik xətlərinin iki böyük hissəsinin yaradılmasını nəzərdə tutur: Daşkənd bölgəsində 220 kv gərginlikli 213 km, respublikanın cənub-qərbində isə 500 kv gərginlikli 137 km xətt çəkiləcəkdir.
Yeni elektrik şəbəkələri bölgələrin enerji təchizatını xeyli yaxşılaşdırmaq və ölkənin bütün enerji sisteminin etibarlılığını artırmaq üçün hazırlanmışdır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026