10:42 - 22.07.2024
22 iyul, Fineko/abc.az. Türkiyə və Somali Türkiyənin dövlət şirkəti TPAO-nun Afrika ölkəsində neft hasilatı üçün seysmik kəşfiyyat aparacağı barədə saziş imzalayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
"Biz hesab edirik ki, Somali şelf zonasında çox mühüm neft və təbii qaz ehtiyatlarına malikdir. Biz Somali şelfində üç blok üzrə saziş imzalamışıq. < ... > Bu bloklarda Türkiyə eksklüziv kəşfiyyat və ümid edirəm ki, neft aşkar etdiyimiz zaman hasilatı üçün səlahiyyətlərə sahib olacaq", - deyə o bildirib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026