09:25 - 18.07.2024
18 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı keçirilən hərracda artmağa davam edir.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr ayı üçün fyuçers qiyməti saat 09:22-də $0,40 (0,47%) artaraq bir barel üçün $85,48-a yüksəldi. İyulun 17-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri bir barel üçün $1,35 (1,61%) artaraq $85,08-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin dəyəri 09:22-də $0,50 (0,60%) artaraq bir barel üçün $83,35-a çatdı. İyulun 17-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $2,09 (2,59%) artaraq bir barel üçün $82,85-a yüksəldi.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026