10:17 - 15.08.2018
15 avqust, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazlar (DOİ) reallaşdırıb.
BFB xəbər veridyi kimi, avqustun 14-də AZ0105013699 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddəti 728 gün təşkil edən DOİ buraxılışı yerləşdirilmişdir.
5 investor tərəfindən ümumi məbləği 46 451,5 min manat olan sifariş daxil olmuşdur. Sifarişlərin qiymət intervalı 93.0697 AZN-dən (illik gəlirlilik - 12.0000%) və 97.3600 AZN-ə qədər (9.4800%) təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7422 AZN (gəlirlilik 11.0000%), orta ölçülmüş qiyməti isə 95.4449 AZN (10.5867%) müəyyən edilmişdir.
Nəticədə 30 milyon manat həcmində DOİ yerləşdirilmişdir.
DOİ-in ödəmə tarixi: 11 avqust 2020-ci il.