10:47 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Türkiyə Avropa ölkələrinə həcmlərin artırılmasına qoyulan investisiyaların effektivliyinə zəmanət veriləcəyi təqdirdə Aİ-yə qaz tədarükünün artırılması imkanlarını nəzərdən keçirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyinə verdiyi müsahibədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti Azərbaycanın enerji şirkəti SOCAR ilə əməkdaşlıq hesabına Aİ ölkələrinə qaz tədarükünü 10 milyard kubmetrə qədər artıra bilərdi, lakin Avropa Birliyi ölkələrində tələblə bağlı əvvəlcədən zəmanət almaq istəyir.
"Türkiyədə bu zəmanətə ehtiyacımız var <...> 10 il, 15 il, nə olursa olsun, siz, AB bir şey vəd etməlisiniz", - deyə Bayraktar bildirib.