10:22 - 16.07.2024
16 iyul, Fineko/abc.az. Azərbaycanın 2024-cü ilin ilk beş ayında Türkmənistandan idxal etdiyi svop qazın həcmi illik müqayisədə 49% azalıb.
ABC.AZ xəbər verir ki, bu rəqəmlər rəsmi göstəricilərə gördə öz əksini tapıb.
Belə ki, Azərbaycan Mərkəzi Asiya ölkəsindən yanvar-may aralığında 294.8 milyon kub-metr təbii qaz idxal edib.
Bu təbii qaza görə Azərbaycan Türkmənistana 44.2 mln. ABŞ dolları valyuta ödəyib. 2023-cü ilin müvafiq dövründə Türkmənistan Azərbaycana 583.5 mln. kub-metr təbii qaz satmışdı və buna görə 86.9 mln. dollar ödənmişdi. Azərbaycan Türkmənistandan təbii qazı İranın vasitəsi ilə idxal edir.
Türkmənistan təbii qazı İrana ixrac edir, İran isə mübadilə əsasında həmin həcmi Azərbaycan tərəfə ötürür. Bu sazış 2021-ci ilin noyabrında Aşğabadda üç ölkə liderinin sazişi əsasında icra edilir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026