16:12 - 12.07.2024
12 iyul, Fineko/abc.az. Rusiyanın “Tatneft” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə “Bibi-Heybət” yatağının işlənməsini həyata keçirəcək. ABC.AZ xəbər verir bu barədə “Tatneft”in baş direktoru Nail Maqanov məlumat verib.
“Bu, köhnə yataqlardan biridir. SOCAR-dan olan həmkarlarımızla birlikdə bizdə olan texnologiyaları tətbiq edəcəyik”, – o, Almetyevskdə keçirilən Beynəlxalq Neft və Qaz Forumunda bildirib.
Onun sözlərinə görə, Tatarıstan və Azərbaycan şirkətləri Türkiyədə neft emalı zavodunun yenidən qurulması ilə birgə işləyirlər:
“Biz ənənəvi olaraq neft-kimya sahəsində yaxşı nəticələr əldə etmişik və azərbaycanlı həmkarlarımızla birlikdə bu mövzu üzərində işləyirik. Bundan başqa, biz digər üçüncü ölkələrdə də bu istiqamətdə işləyirik”. (Report)
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026