14:38 - 12.07.2024
12 iyul, Fineko/abc.az. Rusiyada benzinin ixracına qoyulan qadağa tələbatın yüksək olduğu dövrlərdə daxili bazarda vəziyyəti daha stabil hala gətirib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Rəqabət Xidmətinin yazılı açıqlamasında qeyd edilib.
Açıqlamada, qadağanın neft emalı zavodlarında planlaşdırılan baxım prosesləri zamanı yaşanan qiymət dalğalanmalarını da azaltdığına diqqət çəkilib.
Qeyd edək ki, Rusiya hökuməti martın 1-dən benzin ixracına qadağa qoyub, daha sonra müxtəlif ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracı istisna edib.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026