BP “Xankəndi” sualtı tikinti gəmisinin istismarı üzrə yeni müqavilə imzalayıb

17:23 - 11.07.2024


11 iyul, Fineko/abc.az. BP Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə imzalayıb.

“BP-Azerbaijan” şirkətindən ABC.AZ-a verilən məlumata görə, dəyəri 300 milyon ABŞ dollarından artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.

Müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və BP-nin və tərəfdaşlarının Xəzərdə dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.