15:41 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Altı ay ərzində ölkədə 25,1 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən ABC.AZ -a bildirilib ki, aazın 6,5 milyard kubmetri AÇG-dən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri “Abşeron”dan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən iyulun 1-dək 639,6 milyon tona yaxın neft (kondensatla birlikdə), 445,9 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 593 milyon ton neft, 222,9 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə təqribən 223 milyard kubmetr qaz, 46,6 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 637,6 milyon ton neft (kondensatla birlikdə), 158,8 milyard kubmetrə yaxın qaz ixrac olunub.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026