14:47 - 28.06.2024
28 iyun, Fineko/abc.az. Azərbaycanın neft-kimya sənayesində son 40 ilin ən iri layihələrindən biri hesab edilən “SOCAR Polymer” MMC 2023-cü ildə mənfəətə çıxıb.
ABC.AZ xəbər verir ki, ötən il 512 milyon manatlıq gəlir əldə edərkən, 341 mln. manat satışlarının maya dəyərinə xərc çəkib. Gəlirlər illik müqayisədə 46 faiz, satışın maya dəyəri 31 faiz artıb.
Bu da onun bütün gəlirlər və xərclər fərqindən sonra 71 mln. manat xalis mənfəət əldə etməsinə gətirib çıxarıb. Halbuki, öncəki 2022-ci ili 65 mln. manat zərərlə bağlamışdı.
“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti 2013-cü ildə təsis edilib. Zavod 2019-cu ildən işə düşüb. Şirkət kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.
“SOCAR Polimer” layihəsinin ümumi investisiya dəyəri, təxminən, 816 mln dollar təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir.
Banker.az-ın araşdırmasına görə, zavod keçən il xaricə 296.7 dollarlıq məhsul ixrac etmişdi və 2022-ci ildə qeydə alınan 52% yüksəlişdir.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026