16:38 - 27.06.2024
27 iyun, Fineko/abc.az. 2023-cü il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyə 1 milyon 699 min manat ödənişlər olub. Hesabat təqdim edilərkən, baş rəhbərliyinə SOCAR-ın Prezidenti və 10 vitse-prezident daxil edilib.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş audit hesabatında bildirilir.
2022-ci ildə rəhbərliyə ümumi ödənişlərin həcmi 1 milyon 844 manat təşkil etmişdi. 2022-ci ildə isə SOCAR-ın Prezidenti, onun birinci vitse-prezidenti və 9 vitse-prezident var idi.
Beləliklə, regionun nəhəng neft-qaz şirkətinin rəhbərliyinə ödənişlər illik müqayisədə 185 min manat və ya 10 faiz azalıb.
Şirkət qrupu kimi SOCAR baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də şirkət qrupunun müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026