09:25 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə cüzi artımdan sonra neftin etalon markalarının qiymətləri Cümə axşamı tenderdə düşür.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:20-dək $0,18 (0,21%) azalaraq bir barel üçün $85,07-a düşüb. İyunun 26-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri bir barel üçün $0,24 (0,28%) artaraq $85,25-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin dəyəri 09:20-dək $0,21 (0,26%) azalaraq bir barel üçün $80,69-a düşüb. 26 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,07 (0,09%) artaraq bir barel üçün $80,90-a yüksəldi.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026