BTC ilə Türkiyə ərazisindən 5 ayda nə qədər neft nəql edilib?

14:58 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 91 236 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3.06% azdır.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 94 115 min barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1.5% çoxdur.