11:01 - 7.06.2024
7 iyun, Fineko/abc.az. “Neft Daşları” yatağı istifadəyə veriləndən 01.05.2024-ə gədər buradan 180.2 mln. ton neft hasil olunub.
ABC.AZ xəbər verir ki, SOCAR-dan bildirilib ki, hesabat dövründə “Neft daşları”da 14.1 mlrd. kubmetr qaz hasil olunub.
“SOCAR-ın illik neft-qaz hasilatının 70%-i sahilə “Neft Daşları”ndan ötürülür”, – məlumatda qeyd olunur.
İnzibati cəhətdən Pirallahı rayonunun tərkibinə daxil olan “Neft Daşları” yatağı Bakı şəhərindən 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Neft Daşları” ərazisində təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb.
1948-ci ilin dekabrında ilk tikinti dəstəsi “Transportnik” (Nəqliyyatçı) kateri ilə Pirallahı adasından “Qara Daşlar”a göndərilir, burada qazma briqadası üçün 14 m²-lik yaşayış yeri hazırlanır və qazma buruğunun tikintisi həyata keçirilir.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026