12:28 - 5.06.2024
5 iyun, Fineko/abc.az. 30 ildən sonra bizim məqsədimiz dəyişməz olaraq qalır – regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etmək.
ABC.AZ xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Avropaya illik qaz tədarükü son 3 ildə 8.2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb.
“Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1.2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib”, – deyə nazir vurğulayıb. (Azərtac)