17:06 - 25.04.2024
25 aprel, Fineko/abc.az. Ermənistan potensial olaraq Azərbaycan qazının alıcısı ola bilər
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Onun sözlərinə görə, bu cür əməkdaşlıq yaxınlıq və infrastruktur baxımından təbiidir. Potensial olaraq, xüsusən də Gürcüstana verilən qazın çox güzəştli qiymətini nəzərə alsaq, Ermənistan da Azərbaycan qazının alıcısı ola bilər.
Biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər”, — deyə prezident bildirib.
İlham Əliyev bildirib ki, Azərbaycanın Naxçıvana təbii qaz tədarükü üçün İranla razılaşması var. Bundan başqa, Bakı Azərbaycan qazını Türkiyədən Naxçıvana çatdıracaq daha bir boru kəmərinin tikintisini maliyyələşdirir.