Rusiya ÇXR, Türkiyə və BƏƏ ilə neft ödənişləri üzrə işləyir

16:57 - 28.03.2024


28 mart, Fineko/abc.az. Rusiya ABŞ və Aİ-nin təzyiqləri səbəbindən, ödənişlər məsələsində Çin, Türkiyə və BƏƏ ilə çox konstruktiv şəkildə işləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd olunur ki, Rusiya Çin, BƏƏ və Türkiyə bankları tərəfindən ABŞ sanksiyalarına əməl olunmasına nəzarətin sərtləşdirilməsi səbəbindən neft ödənişlərində gecikmələrlə üzləşir.

"Qeyd etdiyiniz ölkələr Amerika Birləşmiş Ştatlarının, eləcə də Aİ-nin maliyyə və digər hakimiyyət orqanlarının misilsiz təzyiqi altında olduğundan, əlbəttə ki, bu işlər görülür. İş diskret rejimdə aparılır. Tərəfdaşlarımızla çox konstruktiv və gərgin işləyirik, bu görünməmiş təzyiqdən irəli gələn təhlükələri, əslində beynəlxalq ticarət və iqtisadi münasibətlərin qayda və normalarını pozur", — deyə Peskov bildirib.