İranda neft hasilatı 2024-cü ildə gündə 50 min barel artacaq

10:57 - 27.03.2024


27 mart, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına görə, İranda neft hasilatı 2024-cü ilin ilk iki ayında gündə 50,000 barel artaraq 3,2 milyon barelə çatıb.

ABC.AZ xəbər verir ki, IEA hesabatına əsasən, İranda neft hasilatı yanvar və fevral aylarında müvafiq olaraq 20.000 barel və 30.000 barel artıb.

Nəticədə, fevral ayında OPEC-ə üzv ölkələrin ümumi hasilatı gündə 26,91 milyon barel təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə gündə 140 000 barel çoxdur.

OPEC-in dörd üzvü — İran, Liviya, Venesuela və Səudiyyə Ərəbistanı fevral ayında hasilatı artırmışdır.