"Türk axını" vasitəsilə Rusiya qazının ixracı 40% artıb

10:54 - 15.03.2024


15 mart, Fineko/abc.az. Rusiya qazının "Türk axını" ilə tədarükü cari ilin 10 həftəsində ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 2,9 milyard kubmetrə çatıb.

ABC.AZ xəbər verir ki, Bolqarıstan – Türkiyə sərhədində yerləşən "Stranca 2-Malkoçlar" məntəqəsi vasitəsilə qaz ixracı yanvarın 1-dən martın 10-dək 2,9 milyard kubmetr və ya gündə orta hesabla 41,5 milyon kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur (təxminən 2,07 milyard kubmetr və ya orta hesabla 29,6 milyon kubmetr).

Hazırda Rusiya boru kəməri qazı Avropaya Ukraynanın qaz nəqliyyat sisteminə daxil olan iki nöqtədən biri və Türkiyə üzərindən ("Türk axını" və "Mavi axın" ilə) çatdırılır.