09:25 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:19-da $0,09 (0,11%) artaraq bir barel üçün $82,09-a çatıb. 12 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,19 (0,23%) - bir barel üçün $82,00-a qədər ucuzlaşdı.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:19-a $0,14 (0,18%) - bir barel üçün $77,06-a yüksəldi. Fevralın 12-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,08 (0,81%) artaraq bir barel üçün $76,92-a çatıb.
21 Avqust 2026