ABŞ strateji neft ehtiyatı üçün 242 mln dollarlıq müqavilələr imzalayıb 

10:28 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. ABŞ Energetika Nazirliyi ölkənin ümumi həcmi 3,1 milyon barel olan strateji neft ehtiyatını artırmaq üçün 242,2 milyon dollarlıq müqavilələr imzalayıb. 

ABC.AZ xəbər verir ki, məlumata görə, strateji ehtiyat üçün 1 milyon barel Sunoco Partners, 800 min barel Macquarie Commodities, 700 min barel ExxonMobil, 600 min barel isə Phillips 66 tərəfindən təmin ediləcək.

Qeyd olunur ki, bundan əvvəl Energetika Nazirliyi 2024-cü ilin may ayı ərzində tədarüklə strateji ehtiyatını artırmaq üçün xam neft almaq planlarını açıqlayıb.
ABŞ-ın strateji neft ehtiyatı yanvarın 19-da başa çatan həftə ərzində 0,9 milyon barel artaraq 356,51 milyon barel təşkil edib, lakin 1983-cü ildən etibarən hələ də ən aşağı səviyyədədir.