16:55 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Gürcüstan 2023-cü ildə Azərbaycandan 2,254 milyon ton təbii qaz (təxminən 2,9 milyard kubmetr) idxal edib.
ABC.AZ İntefrax-a istinadən xəbər verir ki, bu da 2022-ci illə müqayisədə 0,2% az deməkdir.
Bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb. Ötən il Azərbaycandan $314 milyon dəyərində (azalma 9,2%) 1,84 milyon ton qaz (azalma 4%) idxal edilib. Rusiyadan təbii qaz idxalı 16,5% - 486 min tona qədər, dəyər ifadəsində isə 18% - $131 milyon tona qədər artıb. İrandan qaz idxalı dəyər ifadəsində 4 dəfə artaraq $142 minə çatıb.
Təbii qaz idxalının strukturunda Azərbaycanın payı 2022-ci ildəki 81,6%-dən 78,5%-ə qədər azalıb, Rusiyanın payı 18,5%-dən 21,5%-ə yüksəlib, İranın payı isə 0,003% təşkil edib.