16:24 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. “Lukoyl”un “El 5-Energo” şirkətində payı 56,44%-dən 63,84%-ə yüksəlib.
ABC.AZ xəbər verir ki, beləliklə, 19 yanvar 2024-cü il tarixinə "Lukoil" "El5-Energo" nun majoritar səhmdarıdır və 63,84% payına sahibdir. "PPIT-7" MMC-nin payı 5,54%, minoritar səhmdarların payı 30,63% təşkil edir.
2023-cü ilin dekabr ayında Rusiya prezidenti Vladimir Putin "Lukoil" şirkətinə “Uroc Limited” şirkətindən "El5-Energo" generasiya edən şirkətin 2,618 milyard adi səhmini almaq üçün əməliyyat keçirməyə icazə vermişdi.