"Kaztransoyl" Özbəkistana neft tranzitini 550 min tona çatdırmağı planlaşdırır

11:43 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. "Kaztransoyl" şirkəti 2024-cü ildə Rusiya neftinin Özbəkistana tranzitini artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, şirkət, öncə planlaşdırılan 500 min əvəzinə tranzitin 550 min tona qədər artırılması planlaşdırıldığını bildirib.