15:47 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Krallığı ölkənin ilk tədqiqat atom reaktorunun əldə edilməsi ərəfəsindədir.
ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi məlumat verib.
Qeyd edək ki, ərəb dünyasında Abu Dabi əmirliyində yerləşən ilk "Baraka" nüvə elektrik stansiyası 2020-ci ildə fəaliyyətə başlayıb. Dörd enerji blokundan birincisi 1 avqust 2020-ci ildə istifadəyə verilib. 2025-ci ildə tamamlanması planlaşdırılan dörd enerji blokunun hamısının istismara verilməsindən sonra stansiyanın gücü 5,6 GVT təşkil edəcək ki, bu da ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 25%-ni təmin edəcək.
21 Avqust 2026