Neft bahalaşmağa davam edir, Brent barel başına $78,95 təşkil edir

09:47 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü ticarətində aktiv şəkildə yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:44-ə $1,54 (1,99%) artaraq barel başına $78,95-a çatıb. Yanvarın 11-də Brent markalı neftin mart ayı üçün fyuçersləri $0,61 (0,79%) artaraq bir barel üçün $77,41-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:44-ə $1,51 (2,10%) - bir barel üçün $73,53-a yüksəlib. Yanvarın 11-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,65 (0,91%) artaraq bir barel üçün $72,02-a çatıb.