16:26 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Fransa yaxın on ildə bərpa olunmayan enerji mənbələrindən asılılığı 60%-dən 40%-ə endirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu respublikanın enerji keçidi naziri Anyes Panye-Rünaşe bildirib.
"Fransanın istehlak etdiyimiz elektrik enerjisinin 60%-ni istehsal etmək üçün istifadə olunan fosil yanacaqlardan asılılığını azaltmaq lazımdır" — deyə Panye-Rünaşe bildirib. "Mən bu göstəricinin 2035-ci ilə qədər 40%-ə enməsinə nail olmaq istəyirəm".
Onun sözlərinə görə, hakimiyyət ölkədə nüvə enerjisini inkişaf etdirmək niyyətindədir. Bundan əvvəl elan edilmiş altı nüvə reaktorunun tikintisinə əlavə olaraq, nazir 2026-cı ildən sonra daha səkkiz atom reaktorunun yaradılması planlarından danışıb. Panye-Rünaşe qeyd edib ki, parlamentlə məsləhətləşmələr zamanı daha çox reaktorun tikintisi barədə qərar qəbul edilə bilər.