14:10 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Bakı və Aşqabad qazın svop tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparır.
ABC.AZ xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.
NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb: “Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır”.
Bildirilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq.
Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişə əsasən, İran Türkmənistandan tədarük etdiyi təbii qazı Azərbaycana 2022-ci ilin yanvarından nəql etməyə başlayıb.