10:39 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Sentyabrın 24-də, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
Kapitalın artırılması: "Bank Respublika"nın nizamnamə kapitalının artırılması və nizamnaməyə müvafiq əlavə və dəyişikliklərin təsdiq edilməsi.
Qərarlara yenidən baxılması: İyulun 24-də keçirilmiş yığıncaqda qəbul edilmiş bəzi qərarlara yenidən baxılması və müvafiq qərarların verilməsi.
Müqavilələr və kadr məsələləri: Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiqi və Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi.