"Qazprom" iddia edir ki, Avropada qaza olan tələb süni şəkildə məhv edilir

10:22 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller iddia edir ki, Avropada qaza olan tələbin süni şəkildə məhv edilməsi üçün presedent yaradılıb. 

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, bir çox Avropa ölkələrində bu, "faktiki olaraq artıq deindustrializasiyaya gətirib çıxarıb". O, bunu ilin ilkin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Bu, ən ekoloji cəhətdən təmiz enerji məhsullarından birinə olan tələbin qəsdən məhv edilməsidir. Tarixdə bu heç olmamışdı”, — deyə Miller bildirib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirmişdir ki, 2023-cü ilin yekunları üzrə Avropaya neft tədarükü 4-5%-ə enib. O bildirib ki, Rusiyanın neft və neft məhsullarının ixracının böyük hissəsi Çin və Hindistanın payına düşüb: Pekinin payı 45-50%, Nyu-Dehlinin payı isə 40%-ə yüksəlib.