Neft bahalaşır, Brent bir barel üçün $77,56 təşkil edir

09:35 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə kəskin azalmadan sonra cümə günü keçirilən ticarətdə neftin etalon markalarının qiyməti yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:30—da $0,41 (0,53%) artaraq bir barel üçün $77,56-a çatıb. Dekabrın 28-də Brent markalı neftin mart ayı üçün fyuçersləri $2,39 (3,00%) - bir barelə $77,15-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün neft fyuçerslərinin qiyməti saat 09:30—da $0,29 (0,40%) artaraq bir barel üçün $72,06-a çatdı. Dekabrın 28-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral ayının neft fyuçerslərinin qiyməti $2,34 (3,16%) azalaraq bir barel üçün $71,77-a düşüb.