09:00 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı hərracda neftin etalon markalarının qiyməti yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin mart neft qiyməti saat 08:50 – dək $0,18 (0,23%) artaraq bir barel üçün $78,98-a çatıb. 22 dekabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $0,36 (0,45%) - bir barelə $78,80-a qədər ucuzlaşıb.
Saat 08:50-dək Nyu–York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,13 (0,18%) artaraq bir barel üçün $73,69-a çatıb. Dekabrın 22 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,33 (0,45%) azalaraq bir barel üçün $73,56-a düşüb.
Ötən həftə Brent markalı neft 2,66%, WTI isə 2,48% bahalaşıb.
21 Avqust 2026