Azərbaycanda təbii qaz istehsalı bu qədər artıb

15:16 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 44 221,1 milyon kub metr həcmində təbi qaz istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz istehsalı 1 731,1 milyon kub metr və ya 4,1% artıb.

2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici müvafiq olaraq 42 490 milyon kub metr təşkil edib.

01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.