09:30 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən gün artdıqdan sonra çərşənbə günü keçirilən ticarətdə zəif dəyişir.
London ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:28-də $0,01 (0,01%) - bir barel üçün $79,22-a düşdü. Dekabrın 19-da Brent markalı neftin fevral fyuçersləri $1,28 (1,64%) artaraq bir barel üçün $79,23-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat 09:28-də $0,06 (0,08%) artaraq bir barel üçün $74,00-a çatdı. Dekabrın 19 – da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $1,12 (1,54%) artaraq bir barel üçün $73,94-a çatıb.
25 Avqust 2026