16:53 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. İdarəedici şirkət TAV Georgia, gələn il Tbilisi Beynəlxalq Hava Limanının inkişafına $7 mln sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Batumi hava limanına daha $2 mln sərmayə qoyulacaq.
Planlaşdırılan işlərə hava limanlarının tutumunu artırmaq üçün pasport nəzarəti zonalarının və digər infrastrukturun genişləndirilməsi daxildir.
Hazırda Tbilisidə uçuş-enmə zolağının yenidən qurulması üzrə işlər başa çatmaqdadır və sərnişinlərin yola düşməsi üçün terminal genişləndirilir.