15:33 - 12.10.2023
12 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 079,9 min ton avtomobil benzini istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 173,2 min ton və ya 19,1% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 906,7 min ton təşkil edib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 43,2 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2,6 min ton yaxud 6,4% çoxdur.
2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 40,6 min ton olub.
21 Avqust 2026