"Şahdəniz" qazının ixracı bu qədər artıb

12:01 - 12.10.2023


12 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 954,4 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 16 419 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8%-lik artım).