17:27 - 6.09.2023
6 sentyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanının telekommunikasiya şirkəti STC Group Madriddə yerləşən çoxmillətli İspaniya telekommunikasiya şirkəti Telefonica-nın 9,9 faizini 2 milyard 100 milyon avroya satın alaraq ən böyük səhmdara çevrilib.
ABC.AZ xəbər verir ki, Telefonica-dan verilən yazılı açıqlamada şirkətin kapitalının 4,9 faizini təşkil edən səhmlərin və qalan 5 faizini təşkil edən maliyyə alətlərinin STC Group tərəfindən 2,1 milyard avroya alındığı bildirilib.
Telefonica-nın səhmdarları arasında 4,87 faiz payla BBVA, ikinci yerdə ABŞ-ın BlackRock (4,48%) və Caixabank (3,5%) fondları var.
Səudiyyə Ərəbistanı Birjasında 49,2 milyard avro bazar dəyəri ilə ticarət edilən STC Group telekommunikasiya sektorunda Yaxın Şərqin lideri kimi tanınır və Bolqarıstan, Xorvatiya və Sloveniyada da investisiyaları var.
17 Avqust 2026
15 Avqust 2026