11:54 - 30.08.2023
30 avqust, Fineko/abc.az. “Toyota” iyul ayı üzrə satış məlumatlarını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Toyota Motor”, qlobal satışların iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə təxminən 8% artaraq 859 min 506 ədəd çox olduğu bildirilir. Bu isə rekord göstərici deməkdir.
“Hino Motors” və “Daihatsu” markalarını da daxil etdikdə isə “Toyota”nın iyul ayında satışları 5,2%-lik artımla 918 min 345 ədədə çatıb.
“Toyota” iyul ayında qlobal istehsalını yüksək səviyyədə saxlayıb və illik müqayisədə 14,6% artaraq 809,400 avtomobilə çatdırıb.
ABŞ-da satışlar 8,1%, Avropada isə 17,8% artıb.