"WhatsApp”dan məxfilik üçün yenilik - Detallar

16:57 - 29.08.2023


29 avqust, Fineko/abc.az. “WhatsApp”, beta proqramında istifadəçilər üçün yeni məxfilik xüsusiyyətini təqdim edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “WhatsApp” artıq zənglərdə istifadəçinin IP ünvanını qoruyacaq.

Belə ki, “WhatsApp” naməlum nömrələrdən gələn zəngləri susdurmaq üçün seçim təklif edir. Lakin bunlar Zənglər bölməsində və bildirişlərdə görünür.

Görünür, “WhatsApp” daha yaxşı məxfilik və təhlükəsizlik təcrübəsi təklif etmək üçün zənglərə yeni funksiya əlavə etmək istəyir.