Peyk rabitəsi tezliklə “Android” əməliyyat sisteminə gələcək

10:06 - 29.08.2023


29 avqust, Fineko/abc.az. “Apple”ın “iPhone 14” seriyası ilə gətirdiyi peyk rabitəsi tezliklə “Android” əməliyyat sisteminə gələcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Google” peyk mesajlaşma funksiyası üçün “Garmin” ilə əməkdaşlıq edə bilər.

Tərtibatçı Neil Rahmouni “Google Mesajlar” tətbiqinin ən son versiyasında bir neçə kod sətirləri tapıb.

“Android 14″ün stabil versiyası dünyanın 150-dən çox ölkəsində satışa çıxarıldıqdan sonra “Google” bu yeni funksiyanı istifadəyə verə bilər.