"Nestle" Rusiyada uşaq qidalarının qiymətini artıracaq

11:41 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Dayanmadan ya Rusiya bazarından çıxan, ya da qonşu ölkədəki bizneslərini satan xarici şirkətlərdən biri də başqa bir üsula əl atıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rublun ucuzlaşamsı ilə əlaqədar olaraq, sentyabrın əvvəlindən "Nestle" ana südü əvəzediciləri də daxil olmaqla uşaq qidalarının satış qiymətlərini 9% artıracaq.

Rublun ucuzlaşması Rusiyada bir sıra məhsulların - hinduşka ətindən və toyuqdan tutmuş, qəhvə, çay və qənnadı məmulatlarına kimi bahalaşmaya səbəb olub. 

Körpə qidası məsələsində daha bir vacib amil var - Rusiyada doğum nisbətinin azalması səbəbindən tələbat azalıb.