Avropa İttifaqı qaz anbarlarını 90 faiz doldurub

16:59 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Avropa İttifaqından verilən açıqlamada üzv ölkələrin təbii qaz anbarlarının 90 faizi doldurduğunu qeyd edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib.

Von der Leyen, "AB-nin qaz anbarları vaxtından xeyli əvvəl 90 faizə çatdı" ifadəsini işlətməklə, yığılan qazın qış dövründə enerji təchizatı təhlükəsizliyinə töhfə verəcəyini bildirdi.

Von der Leyen Rusiya qazından imtina etdiklərinə diqqət çəkərək, enerji mənbələri artırmaq üçün işlərini davam etdirdiklərini ifadə etdi.
Gas Infrastucture Europe məlumatlarına görə, bu günə üzv ölkələrdə təbii qaz anbarlarının doluluq nisbəti  90,12% səviyyəsindədir.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə ilə birlikdə Rusiyada AB-yə təbii qaz nəqli 8 faiz səviyyəsinə düşdü.